...

Azərbaycan Xəzərin bioresurslarının vəziyyəti ilə bağlı həyəcan təbili çalır

Cəmiyyət Materials 14 Dekabr 2011 11:21 (UTC +04:00)
Son illər Xəzərdə dənizin ekoloji sistemindəki mənfi dəyişikliklərlə və onun bioloji resurslarının vəziyyəti ilə bağlı ekstremal vəziyyət yaranıb.
Azərbaycan Xəzərin bioresurslarının vəziyyəti ilə bağlı həyəcan təbili çalır

Azərbaycan, Bakı, 14 dekabr / Trend, müxbir M.Əliyev /

Son illər Xəzərdə dənizin ekoloji sistemindəki mənfi dəyişikliklərlə və onun bioloji resurslarının vəziyyəti ilə bağlı ekstremal vəziyyət yaranıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Xəzər dənizinin Su Bioresursları üzrə Komissiyanın 32-ci iclasının açılışında Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda nərə balıqlarının ehtiyatları üzrə vəziyyət kritik hesab edilir. "Artıq qəti şəkildə onların kommersiya istehsalına tam qadağanın tətbiq edilməsinin vaxtı çatıb. Yalnız belə ölçülərin götürülməsi yaxın 5-10 ildə qiymətli balıq növlərinin sayının azalmasının dayanmasına imkan verər və onlardan uzunmüddətli davamlı əsasda istifadənin yeni hüquqi rejiminin formalaşması üçün şərait yarada bilər", - Hacıyev deyib.

Xəbər lenti

Xəbər lenti