...

Azad Rəhimov: Xaricdə təhsil alan azərbaycanlı gənclərin məlumat bazası yaradılmalıdır

Cəmiyyət Materials 14 Dekabr 2011 16:40 (UTC +04:00)
Xaricdə təhsil alan azərbaycanlı gənclərin məlumat bazası yaradılmalıdır.
Azad Rəhimov: Xaricdə təhsil alan azərbaycanlı gənclərin məlumat bazası yaradılmalıdır

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Xaricdə təhsil alan azərbaycanlı gənclərin məlumat bazası yaradılmalıdır. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Təhsil Nazirliyinin çərşənbə günü keçirilən kollegiya iclasında çıxışı zamanı deyib.

O bildirib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üçün həmin məzunlar işlə təmin edilməlidir. Nazir bu baxımdan məzunların məlumat bazasının yaradılmasını vacib sayıb.

Rəhimov həmin sənədin müzakirəsində xaricdə təhsil alan bütün tələbələrin aktiv iştirak etdiyini deyib.

Rəhimovun sözlərinə görə, 2006-cı ildən başlayaraq, bır sıra şəhərlərdə azərbaycanlı gənclərin forumu keçirilir.

"Bu forumlarda gənclərimiz formalaşır, bir-biriləri ilə tanış olurlar. Bu, lobbiçilik işində gənclər üçün çox əhəmiyyətlidir, çünki lobbiçilik də bizim üçün vacibdir", - nazir qeyd edib.

Azərbaycan təhsil nazirinin müavini Qulu Novruzov isə çıxışında qeyd edib ki, "2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində məzunların 47 faizi bu gün dövlət sektorunda çalışır. "Onlar Prezident Administrasiyası, Nazirlər Kabineti və digər dövlət qurumlarında çalışırlar", - o deyib.

Nazir müavininin sözlərinə görə, nazirliyin müəyyən cəhdlərinə baxmayaraq, azərbaycanlı gənclər Yaponiya, Koreya, Malayziya, Sunqapur, Avstraliyada təhsil alan tələbələrin sayını artıra bilmir. Novruzov bu məsələdə valideynlərin də rolunun olması fikrindədir.

Xəbər lenti

Xəbər lenti