...

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub

Cəmiyyət Materials 15 Dekabr 2011 18:08 (UTC +04:00)
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub. Bu barədə cümə axşamı Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Mirələkbər Seyidov tutduğu vəzifədən azad olub.

Seyidov Ağdaş rayon prokuroru, Qaradağ rayon prokurorunun müavini Fikrət Əsgərov isə Masallı rayon prokuroru vəzifələrinə təyin olunublar.

Xəbər lenti

Xəbər lenti