...

Azərbaycanda bu il 110 min ton buğda tədarük edilərək ehtiyat fonduna qoyulub

Cəmiyyət Materials 16 Dekabr 2011 14:07 (UTC +04:00)
Azərbaycanda 2011-ci ildə 110 min ton buğda tədarük edilərək ehtiyat fonduna qoyulub.
Azərbaycanda bu il 110 min ton buğda tədarük edilərək ehtiyat fonduna qoyulub

Azərbaycan, Bakı, 16 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda 2011-ci ildə 110 min ton buğda tədarük edilərək ehtiyat fonduna qoyulub. Trend-in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov cümə günü qurumun yaradılmasının 6-cı ildönümünə həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, "2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası məqsədilə bağlanmış müqavilələr üzrə 1 365 min ton buğdanın 2008-ci ildə 115 min ton, 2009-cu ildə 160 min ton, 2010-cu ildə 590 min ton, 2011-ci ildə isə 110 min ton olmaqla cəmi 975 min tonu tədarük edilərək dövlət ehtiyatına qoyulub.

Nazir bildirib ki, cari ildə Azərbaycan Dövlət Taxıl Fondu tərəfindən buğda istehsalçılarından 3 222 ton buğda qəbul edilib.

"Buğdanın fond tərəfindən məhdudiyyət qoyulmadan yerli istehsalçılardan qəbulunun aparılması onlar üçün iqtisadi baxımdan çox faydalıdır", - nazir deyib.

Heydərov qeyd edib ki, son iki ildə dünya bazarlarında əmələ gəlmiş qıtlığa və kəskin qiymət artımına baxmayaraq, Azərbaycanda çörək məmulatlarının qiymətlərini sabit saxlamaq mümkün olub, hazırda daxili bazarda unun və çörəyin qiymətlərində ucuzlaşma müşahidə edilir.

Xəbər lenti

Xəbər lenti