...

Azərbaycanda idman tədbirlərinin maliyyələşdirilməsi qaydalarında dəyişiklik edilib

Cəmiyyət Materials 21 Dekabr 2011 10:50 (UTC +04:00)
Azərbaycanda respublika və beynəlxalq idman tədbirlərinin iştirakçılarının tədbirdə olduqları müddətdə yemək və yataqla və ya gündəlik xərclə əlaqədar olan təminatı həmin tədbirin təsdiq edilmiş Əsasnaməsinə əsasən tənzimlənəcək.
Azərbaycanda idman tədbirlərinin maliyyələşdirilməsi qaydalarında dəyişiklik edilib

Azərbaycan, Bakı, 21 dekabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda respublika və beynəlxalq idman tədbirlərinin iştirakçılarının tədbirdə olduqları müddətdə yemək və yataqla və ya gündəlik xərclə əlaqədar olan təminatı həmin tədbirin təsdiq edilmiş Əsasnaməsinə əsasən tənzimlənəcək.

Nazirlər Kabinetindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları"nda dəyişikliklər edilib.

Bu dəyişiklik edilənə qədər isə respublika idman tədbirlərinin iştirakçılarının yemək, yataqla bağlı xərcləri, eləcə də tədbirdə olduğu müddətdəki gündəlik xərcləri tədbiri keçirən təşkilat tərəfindən ödənilirdi. Beynəlxalq idman tədbiri iştirakçılarının belə xərcləri isə həmin tədbirlərin əsasnaməsinə əsasən tənzimlənirdi.

Bununla yanaşı, yeni dəyişikliyə uyğun olaraq, respublika və beynəlxalq idman tədbirlərinə ezam olunan iştirakçıların yol xərcləri, yolda olduqları müddətdə tələb olunan gündəlik xərcləri və orta əməkhaqları ezam edən təşkilat tərəfindən ödəniləcək. İndiyədək isə bu xərclər ezam edilən təşkilat tərəfindən maliyyələşdirilirdi.

Xəbər lenti

Xəbər lenti