...

Azərbaycanda 2011-ci ilin ən yaxşı paralimpiya idmançıları açıqlanıb

Cəmiyyət Materials 31 Dekabr 2011 15:07 (UTC +04:00)
Azərbaycanın Milli Paralimpiya komitəsi şənbə günü 2011-ci ilin qabiliyyətləri məhdud olan ən yaxşı idmançılarının adlarını açıqlayıb.
Azərbaycanda 2011-ci ilin ən yaxşı paralimpiya idmançıları açıqlanıb

Azərbaycan, Bakı, 31 dekabr /Trend, müxbir R.Daraxşan/

Azərbaycanın Milli Paralimpiya komitəsi şənbə günü 2011-ci ilin qabiliyyətləri məhdud olan ən yaxşı idmançılarının adlarını açıqlayıb.

Milli Paralimpiya komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2011-ci ilin ən yaxşı idmançısı nominasiyasında Oleq Panyutin, ən yaxşı qadın idmançısı nominasiyasında isə Yelena Taranova qalib gəlib.

Başa çatan ilin ümidverici idmançısı Samir Nəbiyev olub, ən yaxşı məşqçi nominasiyasının qalibi isə Sergey Təhməzov seçilib.

Oloxan Musayev 2011-ci ilin ən yüksək idman nəticəsi göstərən idmançı nominasiyasının qalibi olub. Oyun növləri üzrə ilin ümidverici komandası nominasiyasında isə Qolbol komandası (baş məşqçi Fəxrəddin Əliyev) qalib gəlib.

Xəbər lenti

Xəbər lenti