...

Mətbuat Şurası səyyar qəzet satışı ilə bağlı Bakı İcra Hakimiyyətinə müraciət ünvanlayıb

Cəmiyyət Materials 6 Yanvar 2012 16:44 (UTC +04:00)
Mətbuat Şurası səyyar qəzet satışı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.
Mətbuat Şurası səyyar qəzet satışı ilə bağlı Bakı İcra Hakimiyyətinə müraciət ünvanlayıb

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir E.Mehdiyev/

Mətbuat Şurası səyyar qəzet satışı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

Şuradan cümə günü Trend-ə verilən məlumata görə, səyyar qəzet satışında yaranmış problemlərlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.

Müraciətdə ümumilikdə ölkəmizdəki KİV-lərin satışının qurulmasında mühüm vasitə olan səyyar yayım işinin lisenziyalaşdırılmasına kömək göstərmək xahiş edilir.

Qeyd edək ki, bu günlərdə bir sıra səyyar qəzet satıcıları mövcud sahədəki çətinliklərlə əlaqədar Mətbuat Şurasına müraciət ünvanlayıb və həmin sənəd MŞ-də müzakirə olunub.

2005-ci ildə oxşar problem şəhərin mərkəzində qəzet stendlərində satışla bağlı da yaranmışdı.

Həmin vaxt Mətbuat Şurası ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa görə mövcud istiqamətdə fəaliyyət göstərən şəxslər BŞİH-in Ticarət və Xidmət Departamenti tərəfindən müvafiq lisenziya ilə təmin olunmuşdular və məsələ həllini tapmışdı.

Bunun xatırlandığı müraciətdə eyni zamanda dünya təcrübəsində rast gəlinən səyyar qəzet satışının ölkəmizin kütləvi informasiya vasitələrinin iqtisadi imkanları baxımından da effektivliyi əsaslandırılıb.

Xəbər lenti

Xəbər lenti