...

"Eurovision 2012" ilə əlaqədar apardığı antitəbliğata görə BBC-yə xəbərdarlıq ediləcək

Cəmiyyət Materials 10 Yanvar 2012 17:35 (UTC +04:00)
Mayda Azərbaycanda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Avropa mətbuatında aparılan antitəbliğatla bağlı Avropa Yayım Birliyi BBC telekanalına xəbərdarlıq məktubu ünvanlayacaq.
"Eurovision 2012" ilə əlaqədar apardığı antitəbliğata görə BBC-yə xəbərdarlıq ediləcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Mayda Azərbaycanda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Avropa mətbuatında aparılan antitəbliğatla bağlı Avropa Yayım Birliyi BBC-yə xəbərdarlıq məktubu ünvanlayacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin toplumsalhafiza.com internet portalı məlumat yayıb.

Portalın verdiyi məlumata görə, Avropa Yayım Birliyinin bir sıra üzvləri 2011-ci ilin dekabr ayında Cevenrədə toplantı keçirib, "Eurovision 2012" müsabiqəsinə hazırlıq işləri və mediada müsabiqə ilə əlaqədar yer alan xəbərləri də müzakirə edərək, müsabiqənin keçiriləcəyi binanın inşaatı, viza, təhlükəsizlik və koordinasiya kimi məsələlərlə bağlı problem olmadığını vurğulayıblar.

Toplantıda iştirak edən EBU üzvləri bəzi media qurumlarında müsabiqənin siyasiləşdirilməsindən narahatlıq keçirdiklərini bildiriblər.

EBU üzvləri BBC ilə bağlı bu ifadələri işlədərək, "BBC Azərbaycan hökumətinə və Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsinə qarşı geniş antikampaniya keçirir. BBC-nin belə bir kampaniya aparması "Eurovision" qurumuna böyük ziyan vurmaqdadır", - deyə bildiriblər.

İştirakçılar onu da qeyd ediblər ki, dekabrın 17-də Daimen McGuinness-in məqaləsindən sonra bənzəri mətnlər "The Times", "The Telegraph", "The Week" kimi media qurumlarında da yer alıb.

Toplantıda iştirak edən üzvlər Bakıda aparılan inşaat işlərinin "Eurovision"la əlaqələndirilməsi və müsabiqədən təzyiq vasitəsi kimi istifadə edilməsi barədə iddiaların tamamilə əsassız olduğunu qeyd ediblər.

Sonda Avropa Yayım Birliyi adından BBC-yə xəbərdarlıq edilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti