...

Rafiq Tağının ailə üzvləri istintaqda hüquqlarının pozulması ilə bağlı yayılan məlumatları həqiqətəuyğun saymır

Cəmiyyət Materials 13 Yanvar 2012 11:01 (UTC +04:00)
Yazıçı-publisist Rafiq Tağının ailə üzvləri cinayət işinin istintaqı zamanı onların hüquqlarının pozulması ilə bağlı mətbuatda onların adından yayılan məlumatları həqiqətəuyğun saymır.
Rafiq Tağının ailə üzvləri istintaqda hüquqlarının pozulması ilə bağlı yayılan məlumatları həqiqətəuyğun saymır

Azərbaycan, Bakı, 13 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Yazıçı-publisist Rafiq Tağının ailə üzvləri cinayət işinin istintaqı zamanı onların hüquqlarının pozulması ilə bağlı mətbuatda onların adından yayılan məlumatları həqiqətəuyğun saymır.

Mərhum yazıçının ailə üzvləri - həyat yoldaşı Mailə Tağıyeva, oğlu Asiman Tağılı, qardaşı İlqar Tağıyev adından Trend-ə daxil olan məlumatda istintaqın gedişindən narazı olmadıqları bildirilir.

"Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində qətlə yetirilmiş Rafiq Tağıyevin ailə üzvləri olaraq - adımızdan cinayət işinin istintaqı zamanı hüquqlarımızın pozulması ilə bağlı yanlış məlumatlar dərc olunub. Bununla əlaqədar bildirmək istərdik ki, cinayət işi üzrə bizimlə qanunla müəyyən edilmiş bütün istintaq hərəkətləri həyata keçirilib, istintaq sirrini saxlamaq şərti ilə bizə istintaqın gedişatı barədə qanunun tələblərinə müvafiq məlumatlar verilir", - məlumatda deyilir.

Noyabrın 19-da gecə 23:10-da təcili tibbi yardım xidməti tərəfindən 1950-ci il təvəllüdlü Tağıyev Rafiq Nəzir oğlu döş qəfəsinin və qarının çoxsaylı deşilmiş-kəsilmiş yaraları və kəskin qanaxma ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib.

Lakin noyabrın 23-də saat 14:50-də xəstənin vəziyyəti qəflətən pisləşib, kəskin tənəffüs çatışmazlığı və davamlı qusma baş verib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti