Azərbaycan, Bakı, 13 yanvar / Trend, müxbir V.Javoronkova /
British Council (Britaniya Şurası) Aİ-nin maliyyə dəstəyi ilə "İcmalardaxili əməkdaşlıq və icmaların inkişafı üçün dialoq" adlı yeni regional layihənin təqdimatını keçirib.
Layihə Azərbaycanın İnsan Hüquqları Fondunun və İqtisadi Araşdırmalar Mərkəzinin dəstəyi ilə həyata keçiriləcək.
"Bu, adamlar arasında, əhali ilə bələdiyyələr arasında, vətəndaş cəmiyyətləri ilə yerli idarəetmə orqanları arasında körpü yaradılması üzrə layihədir", - Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəsi Rolan Kobia cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, layihənin effektivliyi Aİ, qeyri-hökumət təşkilatları və Azərbaycan hökuməti kimi müxtəlif tərəfdaşların əməkdaşlığı sayəsində artırılacaq.
Layihənin məqsədi dövlət təşkilatları və yerli hakimiyyət orqanlarının deyil, icmaların qarşılıqlı fəaliyyətinin inkişafına yardım göstərməkdir. Layihə onların qarşılıqlı fəaliyyət sistemlərinin təkmilləşdirilməsini, qərarların qəbulu prosesində vətəndaşların iştirakını genişləndirməyi nəzərdə tutur. Layihə Zaqatala-Balakən zonasını, Qazax və Oğuzu əhatə edəcək.
Layihənin büdcəsi 256 min avrodur.