...

Sabah Azərbaycanın bəzi ərazilərinə qar yağacaq

Cəmiyyət Materials 17 Yanvar 2012 12:59 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında yanvarın 17-si gündüzdən başlayaraq şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturu ötən günlərə nisbətən 5-8 dərəcə aşağı enəcək.
Sabah Azərbaycanın bəzi ərazilərinə qar yağacaq

Azərbaycan, Bakı, 17 yanvar /Trend müxbir İ.İsabalayeva/

Bakıda və Abşeron yarımadasında yanvarın 17-si gündüzdən başlayaraq şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturu ötən günlərə nisbətən 5-8 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yanvarın 21-dək havanın soyuq olacağı, yanvarın 18-i axşamdan isə arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturunun gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında yanvarın 18-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti