...

Sinoptiklərdən xəbərdarlıq: Fevralın 2-dən Azərbaycanda hava şəraiti yenidən kəskinləşəcək

Cəmiyyət Materials 30 Yanvar 2012 12:13 (UTC +04:00)
Qısa davam edən mülayimləşmədən sonra fevralın 2-də ölkə ərazisində hava şəraiti yenidən kəskinləşəcək.
Sinoptiklərdən xəbərdarlıq: Fevralın 2-dən Azərbaycanda hava şəraiti yenidən kəskinləşəcək

Azərbaycan, Bakı, 30 yanvar / Trend müxbir İ.İsabalayeva/

Qısa davam edən mülayimləşmədən sonra fevralın 2-də ölkə ərazisində hava şəraiti yenidən kəskinləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bazar ertəsi Trend-ə deyib ki, fevralın 2-də yenidən güclü şimal-qərb küləyi əsəcək, fasilələrlə qar yağacaq. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə şaxta təşkil edəcək, yollar buz bağlayacaq.

Yanvarın 31-də isə ölkə ərazisində hava şəraiti arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq, saniyədə 8-13 metr sürətlə şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu respublikanın Aran rayonlarında gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.

Yanvarın 30-da gecə saatlarında Bakıda və Abşeron yarımadasında 1-4 dərəcə şaxta gözlənilir.

Yanvarın 31-də gündüz saatlarından başlayaraq, hava nisbətən mülayimləşəcək və artıq havanın temperaturu nisbətən yüksələcək. Sabah gün ərzində temperaturun müsbət 4 dərəcəyədək yüksələcəyi gözlənilir.

Fevralın 1-də isə gündüz saatlarında hava şəraitinin qısa müddətə mülayimləşəcəyi, temperaturun 4-6 dərəcə isti təşkil edəcəyi gözlənilir. Lakin fevralın 1-dən başlayaraq, şimal-qərb küləyi yenidən saniyədə 10-15 metr sürəti ilə əsəcək, gecə saatlarında küləyin sürəti 18-20 metrədək güclənəcək, temperatur yenidən sıfır dərəcəyə yaxınlaşacaq.

Xəbər lenti

Xəbər lenti