...

Azərbaycanda 570 dini qurum dövlət qeydiyyatına alınıb

Cəmiyyət Materials 31 Yanvar 2012 15:33 (UTC +04:00)
Azərbaycanda 570 dini qurum yenidən və ya ilk dəfə dövlət qeydiyyatından keçib.
Azərbaycanda 570 dini qurum dövlət qeydiyyatına alınıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 570 dini qurum yenidən və ya ilk dəfə dövlət qeydiyyatından keçib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qeydiyyatdan keçən dini qurumlardan 20-si qeyri-islam təmayüllüdür. 30 dini qurumun qeydiyyatına imtina sərəncamı verilib, lakin onlardan 2-si imtinaya səbəb olmuş nöqsanları aradan qaldırdığından qeydiyyatdan keçib.

Sənədləri qanunvericiliyin tələbinə uyğunlaşdırmaq üçün 191 islam təmayüllü dini icmanın sənədi Qafqaz Müsəlmanları İdarəsinə geri qaytarılıb.

Komitədən bildirilib ki, qeydiyyatdan keçmə prosesi bəzi hallarda mübahisəli məsələlərin məhkəməyə çıxarılması ilə də müşahidə olunur. Lakin bütün hallarda işin məhkəmə səviyyəsində həll edilməsinin təşəbbüskarı kimi yalnız dini icmalar çıxış ediblər.

Əvvəllər qeydiyyatdan keçmiş, lakin müxtəlif səbəblərdən yenidən qeydiyyatdan keçməmiş dini icmaların köhnə şəhadətnamələri hüquqi qüvvəsini saxlayıb və onlar hüquqi şəxs statuslarını itirməyiblər.

Komitədən bildirilib ki, dövlət qeydiyyatı prosesində hər hansı problemin mövcudluğu, bir qayda olaraq, Dövlət Komitəsi ilə deyil, dini qurumların özləri ilə bağlıdır.

Qeyd edək ki, qanunvericiliyə əsasən, 2009-cu ilin sentyabr ayından dini qurumların ilkin qeydiyyatı ilə yanaşı, əvvəllər qeydiyyatdan keçmiş dini qurumların yenidən qeydiyyatdan keçmə prosesi başlayıb.

Xəbər lenti

Xəbər lenti