...

Azərbaycanın ali məktəblərinin magistraturalarına ərizə qəbulu başlayır

Cəmiyyət Materials 1 Fevral 2012 11:12 (UTC +04:00)
Fevralın 8-dən Azərbaycanın ali məktəblərinin magistraturalarına qəbul imtahanlarında iştirak üçün ərizə qəbulu başlayır.
Azərbaycanın ali məktəblərinin magistraturalarına ərizə qəbulu başlayır

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İsabalayeva/

Fevralın 8-dən Azərbaycanın ali məktəblərinin magistraturalarına qəbul imtahanlarında iştirak üçün ərizə qəbulu başlayır. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının magistratura şöbəsinin müdiri Natiq Əliyev çərşənbə günü keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ərizə qəbulu fevralın 17-dək davam edəcək. Bu müddətdə namizədlər "Bakalavrın elektron ərizəsi"ni doldurmalıdırlar.

Milli Sertifikat Mərkəzinin qeydiyyat mərkəzlərinin birindən elektron imza sertifikatı əldə etmiş bakalavrlar həmin sertifikatlardan istifadə etməklə "Bakalavrın elektron ərizəsi" formasını Sənəd Qəbulu Komissiyasına müraciət etmədən təsdiqləyə bilərlər.

Magistraturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək. İlk mərhələnin imtahanı fevralın 26-da olacaq.

Xəbər lenti

Xəbər lenti