...

Bakının Müşfiq qəsəbəsində və aeroport yolunda qalan avtomobillərin hərəkəti bərpa edilib

Cəmiyyət Materials 3 Fevral 2012 01:06 (UTC +04:00)
Dünən axşam saatlarında Bakının Müşfiq qəsəbəsində və aeroport yolunda qalan avtomobillərin hərəkəti bərpa edilib.
Bakının Müşfiq qəsəbəsində və aeroport yolunda qalan avtomobillərin hərəkəti bərpa edilib

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Dünən axşam saatlarında Bakının Müşfiq qəsəbəsində və aeroport yolunda qalan avtomobillərin hərəkəti bərpa edilib. Bu barədə Trend FHN-in rəsmi saytına istinadən xəbər verir.

Bakı şəhərinin Müşfiq qəsəbəsi yaxınlığında və Heydər Əliyev beynəlxalq hava limanından Əzizbəyov dairəsi istiqamətində çox sayda avtomobilin qarlı hava şəraiti ilə bağlı yolda qalması barədə məlumat daxil olub.

Dərhal qeyd edilən ərazilərə cəlb edilən FHN-in texlika və qüvvələri yolda qalmış avtomobillərin hərəkətinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib, nəticədə həmin yollarda avtomobillərin hərəkəti bərpa edilib.

Xəbər lenti

Xəbər lenti