...

Bu gün axşam və sabah Bakıda çovğun olacaq

Cəmiyyət Materials 7 Fevral 2012 12:05 (UTC +04:00)
Hava şəraitinin kəskin soyuqlaşması ilə əlaqədar fevralın 7-si axşam və 8-də Bakıda çovğun olacaq.
Bu gün axşam və sabah Bakıda çovğun olacaq

Azərbaycan, Bakı, 7 fevral / Trend müxbir İ.İsabalayeva/

Hava şəraitinin kəskin soyuqlaşması ilə əlaqədar fevralın 7-si axşam və 8-də Bakıda çovğun olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundanm çərşənbə axşamı Trend-ə verilən məlumata görə, fevral ayının 7-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, şimal-qərb küləyinin saniyədə 10-15, arabir 18, axşama doğru 20 metrədək güclənəcəyi gözlənilir.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-də gün ərzində hava şəraitinin daha da kəskinləşəcəyi gözlənilir. Fevralın 8-də havanın temperaturu daha da aşağı enəcək, şaxtalar güclənəcək.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə Bakıda minimal temperaturun 6-10 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yaxın günlərdə ən kəskin hava şəraitinin fevralın 8-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında temperatur 3-5 dərəcə şaxta olacaq, çovğun müşahidə olunacaq.
Azərbaycanın rayonlarında fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq. Fevralın 7-si axşamdan yağıntıların intensivləşəcəyi, fevralın 8-də isə bəzi yerlərdə qarın güclü yağacağı gözlənilir.

Qeyd edək ki, son 10 gündə Bakıda iki dəfə çovğunla müşahidə olunan hava şəraiti qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti