...

Bakıda 18 nəfər sürüşmə nəticəsində xəsarət alıb

Cəmiyyət Materials 10 Fevral 2012 10:11 (UTC +04:00)
Dünən Bakıda yolların buzlu olması ilə əlaqədar 18 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb.
Bakıda 18 nəfər sürüşmə nəticəsində xəsarət alıb

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir İ.İsabalayeva/

Dünən Bakıda yolların buzlu olması ilə əlaqədar 18 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb. Bunu cümə günü Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.

O bildirib ki, xəsarət alan şəxslərin 16-sı xəstəxanalara yerləşdirilib.

Baş həkimin sözlərinə görə, ümumilikdə ötən sutka ərzində təcili tibbi yardım stansiyalarına 1431 müraciət daxil olub. Müraciət edənlərin 146-sı xəstəxanalara yerləşdirilib. Dünən 61 nəfər müxtəlif dərəcəli travma alıb. Onlardan 40-ı xəstəxanalara yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti