...

Hərbi hissədəki intihar faktı ilə əlaqədar Müdafiə Nazirliyinin məsul şəxsi həbs olunub

Cəmiyyət Materials 14 Fevral 2012 11:57 (UTC +04:00)
Müdafiə Nazirliyi hərbi hissədəki intihar faktı ilə əlaqədar məsul şəxsləri cəzalandırıb.
Hərbi hissədəki intihar faktı ilə əlaqədar Müdafiə Nazirliyinin məsul şəxsi həbs olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir K.Zərbalıyeva/

Müdafiə Nazirliyi hərbi hissədəki intihar faktı ilə əlaqədar məsul şəxsləri cəzalandırıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 4-də Ağdam rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Əmiraslanov Mehman Əmiraslan oğlunun özünə qəsd etməsi ilə bağlı araşdırma aparılıb və məsuliyyət daşıyanlar cəzalandırılıb.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin əmri ilə hərbi hissənin komandiri, mayor Əhmədov Etibar İsabala oğlu xidməti vəzifəsini dürüst və layiqincə yerinə yetirmədiyinə və buraxdığı digər nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Məcidov Vüqar Yadigar oğlunun barəsində isə intizam qaydasında ciddi ölçü götürülüb.

Qanunsuz hərəkətlərə yol verdiyinə görə bölük komandiri, baş leytenant Babayev Nihad Nizami oğlu da tutduğu vəzifədən kənarlaşdırılıb.

Onun barəsində cinayət işi başlanılaraq həbs edilib.

Xəbər lenti

Xəbər lenti