Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakıda yanvarın 1-dən fevralın 11-dək 94 yol qəzası qeydə alınıb. Nəticədə 13 nəfər ölüb, 128 nəfər xəsarət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov çərşənbə axşamı Trend-ə bildirib ki, qeydə alınan hadisələrin 51 faizi sürət həddinin aşılması, 27 faizi ötmə, manevr və yolayrıcını keçmə qaydalarının pozulması, 14 faizi ara məsafəsinin saxlanılmaması, qalan hissəsi isə digər pozuntular səbəbindən baş verib.
İdarə əməkdaşları tərəfindən ötən dövrdə 32 911 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb.
Qeydə alınan pozuntuların 3943-ü ötmə, manevr və yolayrıcı qaydalarının pozulması, 1374-ü işıqforun qırmızı işığında keçmə, 411-i avtomobili sərxoş vəziyyətdə idarə etmə, 244-ü qəza şəraiti yaratma, 247-si polisin qanuni tələbinə tabe olmama, 178-i sürət hədini aşma, 49-u avtomobili nömrəsiz idarə etmə, 209-u sərnişindaşıma qaydalarını pozma, 36-sı avtoxuliqanlıq, 571-i avtomobili sürücülük vəsiqəsi olmadan idarəetmə, 609-u avtomobili pərdə, plyonkalı idarə etmə ilə bağlı olub.
Bu müddətdə 112 piyada yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb və inzibati qaydada cəzalandırılıb.
Bakıda 100-dən artıq piyada cərimələnib
Bakıda yanvarın 1-dən fevralın 11-dək 94 yol qəzası qeydə alınıb. Nəticədə 13 nəfər ölüb, 128 nəfər xəsarət alıb.