Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Fondu investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədi ilə qızıla investisiya yatırmağa başlayıb.
Dövlət Neft Fondundan Trend-ə daxil olan məlumata görə, Azərbaycan Prezidentinin 2011-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Neft Fondunun İnvestisiya Siyasətinə əsasən, 2012-ci il ərzində Fondun investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri qızıla investisiya edilə bilər.
Bu məqsədlə fevralın 1-dən etibarən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələrin alışına başlanılıb.
1987-ci ildən fəaliyyət göstərən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma şirkətlərini əhatə edir.
Dövlət Neft Fondu qızıla investisiya yatırmağa başlayıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədi ilə qızıla investisiya yatırmağa başlayıb.
