...

Azərbaycanda dağ çaylarında sululuq artacaq

Cəmiyyət Materials 18 Fevral 2012 14:19 (UTC +04:00)
Fevralın 18 və 19-da ölkə ərazisində gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar dağ çaylarında sululuğun artacağı proqnozlaşdırılır.
Azərbaycanda dağ çaylarında sululuq artacaq

Azərbaycan, Bakı, 18 fevral / Trend müxbir İ.İsabalayeva/

Fevralın 18 və 19-da ölkə ərazisində gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar dağ çaylarında sululuğun artacağı proqnozlaşdırılır. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, amma bu, Kür çayının suyunun səviyyəsinə elə güclü təsir göstərməyəcək.

Baş hidroloqun sözlərinə görə, düzən və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi ilə əlaqədar bu il fevralın 8-dən 13-dək Kür çayının suyunun səviyyəsində artım baş verib.

Ancaq hazırda Kürün səviyyəsində enmə müşahidə edilir. Bu gün Kürün Sabirabad, Şirvan və Neftçala rayonlarından keçən hissəsində suyun səviyyəsi 2 sm aşağı düşüb.

Xəbər lenti

Xəbər lenti