Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanın mədəniyyət və turizm naziri turizm sahəsində fəaliyyət göstərən insanları yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinin müzakirəsində iştirak etməyə cağırıb.
Trend-in məlumatına görə, nazir Əbülfəs Qarayev "Turizm ili"nin yekunlarına həsr olunan kollegiya iclasında bildirib ki, qanun layihəsi nazirliyin rəsmi saytında yerləşdirilib və ictimai müzakirəyə təqdim edilib.
"Bütün turizm şirkətləri və mehmanxanaların rəhbərləri saytımıza daxil olaraq, layihəni oxusunlar. İndidən layihə üçün öz tövsiyələrini versinlər", - nazir bildirib.
O deyib ki, layihə qəbul olunmamışdan əvvəl Ümumdünya Turizm Təşkilatına göndəriləcək.
Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov isə layihənin müzakirəsi üçün çox az sayda rəyin daxil olduğunu bildirib.
İclasda qanun layihəsinin ictimai müzakirəsinin daha 10 gün uzadılmasına qərar verilib.
Nazir turizm sahəsində fəaliyyət göstərən insanları "Turizm haqqında" qanun layihəsinin müzakirəsində iştiraka çağırıb
Azərbaycanın mədəniyyət və turizm naziri turizm sahəsində fəaliyyət göstərən insanları yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinin müzakirəsində iştirak etməyə cağırıb.