...

Bakıda sürücülük vəsiqəsi olmadan avtobus idarə edən 70-dən artıq sürücü məsuliyyətə cəlb olunub

Cəmiyyət Materials 23 Fevral 2012 12:14 (UTC +04:00)
Bakıda son iki ayda sürücülük vəsiqəsi olmadan avtobusların idarə olunması ilə bağlı 69 fakt müəyyən edilib.
Bakıda sürücülük vəsiqəsi olmadan avtobus idarə edən 70-dən artıq sürücü məsuliyyətə cəlb olunub

Azərbaycan, Bakı, 23 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda son iki ayda sürücülük vəsiqəsi olmadan avtobusların idarə olunması ilə bağlı 69 fakt müəyyən edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yanvarın 1-dən fevralın 20-dək həyata keçirilən tədbirlər nəticəsində sərnişindaşınma qaydalarının pozulması ilə bağlı 39 pozuntu aşkar olunub.

Həmçinin həmin müddətdə sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olan 16 avtobus sürücüsü inzibati qaydada cəzalandırılıb.

Reys qabağı tibbi müayinədən keçməyən 20, müvafiq kateqoriyası olmadan (D kateqoriyası) avtobus idarə edən 21, qırmızı işıqda hərəkət edən 33, qoşa xəttin tələbini pozub əks istiqamətdə hərəkət edən 41, yol ayrıcı keçmə qaydalarını pozan 46, avtobus dayanacağından kənarda, ikinci cərgədə, yolun hərəkət hissəsində sərnişin düşürüb mindirən 81 avtobus sürücüsü cəzalandırılıb.

Yanvarın 1-dən fevralın 20-dək 14 avtobus sürücüsü 10 və daha artıq bal toplayaraq müxtəlif müddətlərə görə sürücülük hüquqlarından məhrum ediliblər.

Avtobus dayanacaqlarını avtomaşınlarla zəbt edən 31 fərdi və taksi avtomobili sürücüsü aşkar olunub. Avtobus dayanacağında saxlanllan iki minik avtomobili evakuasiya olunub.

Əsədov Bakıda avtobus sürücülərinə qarşı reydlərin davam etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti