...

Təhsil naziri 12 illik təhsil sisteminə keçiddən sonra oğlan məzunların hərbi xidmətə çağırılması məsələsinə münasibət bildirib

Cəmiyyət Materials 23 Fevral 2012 12:57 (UTC +04:00)
Azərbaycanın təhsil naziri ölkədə 12 illik orta təhsil sisteminə keçidin baş tutacağı tədqirdə oğlan məzunların hərbi xidmətə çağırılması məsələsinə münasibət bildirib.
Təhsil naziri 12 illik təhsil sisteminə keçiddən sonra oğlan məzunların hərbi xidmətə çağırılması məsələsinə münasibət bildirib

Azərbaycan, Bakı, 23 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri ölkədə 12 illik orta təhsil sisteminə keçidin baş tutacağı tədqirdə oğlan məzunların hərbi xidmətə çağırılması məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, nazir Misir Mərdanov bu gün jurnalistlərə açıqlamasında bildirib ki, təhsil hərbi xidmətə qurban verilməməlidir.

"Necə olursa olsun, biz təhsili heç bir şeyə, o cümlədən əsgərliyə qurban verməməliyik. Niyə biz əsgərliyi düşünürük? Gəlin, biz elmi, təhsili düşünək. Bu təklif qəbul olunmamışdan, müzakirəyə çıxarılmamışdan öncə məsələ ayrı istiqamətə yönəldilir", - Mərdanov deyib.

12 illik orta təhsil sisteminə keçidin hələ tövsiyə xarakterli təklif olduğunu deyən nazir hesab edir ki, bu sistemə keçid Azərbaycanda attestatlarının dünyada tanınması üçün də xeyirli olar.

Nazir KİV-də bu məsələnin işıqlandırılmasından da narazılıq edib.

"Təsüflər olsun ki, son günlər 12 illik təhsillə bağlı məsələləri jurnalistlər işin ziyanına qabardırlar, ancaq bu təklif ölkənin xeyrinədir", - Mərdanov deyib.

Xəbər lenti

Xəbər lenti