...

Bakının Neftçilər prospektinin bağlanması yaya qədər təxirə salınıb

Cəmiyyət Materials 28 Fevral 2012 15:28 (UTC +04:00)
Bakının mərkəzi prospektlərindən biri olan Neftçilər prospektinin yaxın zamanlarda bağlanması təxirə salınıb.
Bakının Neftçilər prospektinin bağlanması yaya qədər təxirə salınıb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakının mərkəzi prospektlərindən biri olan Neftçilər prospektinin yaxın zamanlarda bağlanması təxirə salınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov çərşənbə axşamı Trend-ə bildirib ki, əvvəlcə prospektin əsaslı təmir üçün bağlanılması nəzərdə tutulsa da, sonradan təxirə salınıb.

İslamov deyib ki, yaya qədər prospektdə əsaslı təmir aparılmayacaq. Prospektdə yalnız səki daşları dəyişdiriləcək və cari təmir olunacaq.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" SC-dən bildirilmişdi ki, Neftçilər prospektinin bağlanılması planının hazırlanması yaxın müddətdə başa çatacaq.

Prospektin müvəqqəti bağlanması asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti