...

Fevralın 29-da Bakıda rekord temperatur göstərici təkrarlanıb

Cəmiyyət Materials 1 Mart 2012 12:27 (UTC +04:00)
Çoxillik meteoroloji müşahidələrə görə, fevralın 29-da Bakıda 2008-ci ilin sutkalıq rekord göstərici təkrarlanıb.
Fevralın 29-da Bakıda rekord temperatur göstərici təkrarlanıb

Azərbaycan, Bakı, 1 mart / Trend müxbir İ.İsabalayeva/

Çoxillik meteoroloji müşahidələrə görə, fevralın 29-da Bakıda həmin günə olan 2008-ci ilin sutkalıq rekord göstərici təkrarlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, havanın maksimal temperaturu 16 dərəcə isti təşkil edib, orta sutkalıq temperatur isə iqlim normasından 6 dərəcə yüksək olub.

Martın 2-də Bakı və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti