...

Uşaq evlərinin idarə olunması və maliyyələşdirilməsi yerli icra hakimiyyəti orqanlarına tapşırılıb

Cəmiyyət Materials 5 Mart 2012 16:50 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Uşaq evlərinin Nümunəvi Əsasnaməsi"ndə dəyişikliklər edib.
Uşaq evlərinin idarə olunması və maliyyələşdirilməsi yerli icra hakimiyyəti orqanlarına tapşırılıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Uşaq evlərinin Nümunəvi Əsasnaməsi"ndə dəyişikliklər edib.

Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yeni dəyişikliyə əsasən, uşaq evlәri bilavasitә yerli icra hakimiyyəti orqanlarının tabeliyindә fәaliyyәt göstәrəcək.

Qәrara müvafiq olaraq, yerli icra hakimiyyəti orqanı uşağın uşaq evinә qәbulu üçün xüsusi formada göndәriş verəcək.

Qeyd edək ki ki, uşaqların buraxılışı, elәcә dә müәyyәn hallarda valideynlәrinә qaytarılması uşaq evinin pedaqoji şurasının qәrarına әsasәn yerinә yetirilir. Yeni dəyişikliyə əsasən, uşaq evinin tabeliyindә olduğu şura yerli icra hakimiyyəti orqanı tәrәfindәn tәsdiq edilir.

Uşaq evlәrinin özünüidarәsinin ali orqanı hesab edilən pedaqoji şuralar yerli icra hakimiyyəti orqanı tәrәfindәn tәsdiq edilmiş müvafiq əsasnamәyә uyğun fәaliyyәt göstәrəcək.

Uşaq evlәri tabelik qaydasına görә, yerli icra hakimiyyəti orqanları tәrәfindәn maliyyәlәşdirilməlidir.

Uşaq evlәrindә mövcud qaydalara әsasәn, kargüzarlıq işlәri aparılır, tabelik üzrә yerli icra hakimiyyəti orqanlarına hesabat verilməlidir.

Qeyd edək ki, icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər əvvəllər yerli təhsil orqanlarında idi.

Xəbər lenti

Xəbər lenti