...

Azərbaycanda dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının göstərilməsi ilə bağlı qanun qəbul olunub

Cəmiyyət Materials 7 Mart 2012 16:15 (UTC +04:00)
Azərbaycan Parlamenti çərşənbə günü "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Azərbaycanda dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının göstərilməsi ilə bağlı qanun qəbul olunub

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamenti çərşənbə günü "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Trend-in məlumatına görə, iclasda parlamentin Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, qanun layihəsində dağınıq skleroz xəstələrinin müayinəsi, müalicəsi, profilaktikası, reabilitasiyası, sanatoriyalarla təmin olunması ilə bağlı dövlət proqramının hazırlanması qeyd olunub.

Dağınıq skleroz müalicəsi bahalı dərmanlar tələb edən, dünyada geniş yayılmış və insana çox əzab verən xəstəlikdir.

Xəstəlik insanın bütün orqan və toxumalarını zədələyir - görməsi, eşitməsi, nitqi, hərəkəti, koordinasiyası pozulur, əqli zəiflik baş verir və xroniki davam edir. Müalicəsi isə ildə 10-15 min manat xərc tələb edir.

Bu xəstəlik adətən insanlarda cavan yaşlarından (17-18 yaş) başlayır və onlar uzun müddət işləyə bilmirlər. Hazırda Azərbaycanda 10 min insan bu xəstəlikdən əziyyət çəkir.

Dağınıq sklerozun ilk əlaməti hərəkətin və koordinasiyanın pozulmasıdır - əllər, ayaqlar işləmir, sidik ifrazının norması pozulur. İnkişaf edəndən sonra xəstəliyin simptomları gözlərin bir tərəfə baxması, baş əsməsi, ağızın bir tərəfə əyilməsi, koordinasiyanın pozulması, nitqin itməsidir.

Xəbər lenti

Xəbər lenti