...

Azərbaycanda Renault satış mərkəzinin rəsmi açılış mərasimi keçirildi (FOTO)

Cəmiyyət Materials 12 Mart 2012 12:00 (UTC +04:00)
6 mart 2012-ci il tarixində Bakıda Renault satış mərkəzinin Azərbaycanda rəsmi açılış mərasimi keçirildi. Tədbirdə “Renault”-dan dəvət edilmiş xüsusi qonaqlar və Azərbaycanın qabaqcıl avtomobil KİV-nin nümayəndələri iştirak etmişlər
Azərbaycanda Renault satış mərkəzinin rəsmi açılış mərasimi keçirildi (FOTO)

Azərbaycan, Bakı, 12 mart / Trend /

6 mart 2012-ci il tarixində Bakıda Renault satış mərkəzinin Azərbaycanda rəsmi açılış mərasimi keçirildi. Tədbirdə "Renault"-dan dəvət edilmiş xüsusi qonaqlar və Azərbaycanın qabaqcıl avtomobil KİV-nin nümayəndələri iştirak etmişlər.

Açılış mərasimində iştirak edən "Renault" şirkətinin Avrasiya üzrə nümayəndəsi Yan Ptachek qeyd etdi: "MDB dövlətlərində, o cümlədən Azərbaycanda, Renault avtomobil konserninin inkişafı - nişanımızın strateji məqsədlərindən biridir. Azərbaycan torpağında ilk diler mərkəzinin açılışı böyük bir yolun başlanğıcıdır və bu gün biz ilkin nəticələri görürük. Ümidvarıq ki, avtomobil həvəskarları Renault-un məşhur orijinal dizayn və qabaqcıl texnologiyalarını, habelə Renault-Azerbaijan qismində tərəfdaşlarımız ilə birgə həyata keçirdiyimiz əlverişli qiymət siyasətini layiqincə qiymətləndirəcəklər."

Renault Azərbaycan salonu 8 ədəd avtomobili yerləşdirməyə imkan verir. İri və işıqlı salonda müştərilər bəyəndikləri modellərlə tanış olarkən, onları maraqlandıran suallar salonun mütəxəssisləri tərəfindən cavablandırılacaqdır. İstirahət zonası elə qurulub ki, müştərilər avtomobillərini gözlədikləri zaman maksimal komfort ilə vaxtlarını keçirmiş olsunlar.

"Renault" avtomobil brendinin tarixi 1898-ci ildə gənc mühəndis Lui Reno özünün ilk Voiturette adlı avtomobilini yaratmaqla başlayır. O üç-təkərli avtomobili çox da böyük ölçüyə malik olmayan dörd-təkərli avtomobilə çevirərək, tarixdə ilk dəfə məhz onun kəşfi sayılan - sürət qutusunu avtomobilə əlavə edir. Sonarkı illərdə Marsel və Fernan qardaşları ilə birgə, şirkəti "Renault Qardaşları" adı altında qeydiyyatdan keçirir. Şirkətin artıq ilk fəaliyyətə başladığı dövrdə Renault avtomobillərinin yüksək keyfiyyəti müştərilərin etibarını qazanaraq 1905-ci ildə Paris hakimiyyət nümayəndələri tərəfindən 250 ədəd avtomobil sifarişinə təkan verir.

Renault avtomobillərinin başlıca strateji xətti - təhlükəsizlikdir. Seqmentindən asılı olmayaraq "Hər kəs üçün təhlükəsiz" prinsipini bütün modellərinə xas edən Renault, sürücü və sərnişinlər (həm böyük, həm uşaqlar) üçün eyni səviyyədə müdafiəni uğurla təmin edir.

Babək prospekti, 28D ünvanında yerləşən satış mərkəzində Azərbaycanın fərdi və korporativ müştəriləri üçün Logan, Sandero, Fluence və Megane modelləri daxil olmaqla, Renault model sırası təqdim edilir. Avtomobillərin sınaq satışları 2011-ci ilin may ayından başlanmışdır.

Renault Azerbaijan müştərillərə sərfəli satış şərtləri təklif edir. İndi avtomobilsevərlər 15% ilkin ödəniş və 16% illik bank faizi ilə Renault Satış Mərkəzində təklif olunan Logan, Sandero, Fluence və Megane avtomobillərini əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti