...

Azərbaycan hidrometereoloqları sabaha gözlənilən hava şəraitini açıqlayıblar

Cəmiyyət Materials 16 Mart 2012 12:33 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, sabah ölkədə qeyri-sabit hava şəraiti davam edəcək. Güclü şimal-qərb küləyi əsəcək.
Azərbaycan hidrometereoloqları sabaha gözlənilən hava şəraitini açıqlayıblar

Azərbaycan, Bakı, 16 mart /Trend/

Azərbaycan hidrometereoloqları sabaha gözlənilən hava şəraitini açıqlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, sabah ölkədə qeyri-sabit hava şəraiti davam edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir.

Martın 17-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar yağacağı, axşam tədricən kəsiləcəyi proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti