...

TQDK və Təhsil Nazirliyi orta məktəb dərsliklərindəki səhvləri birgə aradan qaldırır

Cəmiyyət Materials 16 Mart 2012 12:41 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərdəki səhvlərlə bağlı səsləndirdiyi iraddan sonra Təhsil Nazirliyi bu il çap edəcək “Tarix” dərsliklərindəki nöqsanları aradan qaldıracaq.
TQDK və Təhsil Nazirliyi orta məktəb dərsliklərindəki səhvləri birgə aradan qaldırır

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərdəki səhvlərlə bağlı səsləndirdiyi iraddan sonra Təhsil Nazirliyi bu il çap edəcək "Tarix" dərsliklərindəki nöqsanları aradan qaldıracaq. Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bununla bağlı martın 13-də Təhsil Nazirliyi və TQDK-nın ekspertlərinin birgə iştirakı ilə müzakirələr aparılıb. Müzakirələr nəticəsində "Tarix" dərsliyindəki səhvlərin aradan qaldırılması qərara alınıb.

"Biz buna çox şadıq. Bizim əsas işimiz odur ki, təhsil sistemində birgə uğur əldə etmək üçün bir-birimizin tədqiqatlarının nəticələrindən faydalanaq", - Abbaszadə əlavə edib.

TQDK sədri bildirib ki, bu gün Təhsil Nazirliyi ilə "Biologiya" dərsliyindəki səhvlərlə bağlı müzakirələr aparılır. Abbaszadə bu müzakirələrin nəticələrinin də uğurlu olacağına ümid etdiyini deyib.

Qeyd edək ki, TQDK sədri orta məktəblərin "Tarix" və "Biologiya" dərsliklərində daha çox səhvlərin olduğunu bildirmişdi.

Xəbər lenti

Xəbər lenti