...

Akademik Bəkir Nəbiyevlə vida mərasimi keçirilib

Cəmiyyət Materials 16 Mart 2012 16:03 (UTC +04:00)
AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Bəkir Nəbiyevlə bu gün vida mərasimi keçirilib.
Akademik Bəkir Nəbiyevlə vida mərasimi keçirilib

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.Mehdiyev/

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müşaviri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, əməkdar elm xadimi, "Şöhrət" ordenli, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Bəkir Nəbiyevlə bu gün vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, vida mərasimində rəsmi şəxslər, millət vəkilləri, mərhumun yaxınları iştirak ediblər.

AMEA-nın prezidenti Mahmud Kərimov mərasimdə çıxış edərək Bəkir Nəbiyevin həyat yolundan danışıb.

Kərimov bildirib ki, Nəbiyev 2 dəfə dövlət mükafatı laureatı, 6 cildli "Sovet Ədəbiyyatı Tarixi"nin, 2 cildli "Azərbaycan Ədəbiyyatı Tarixi"nin müəllifi və redaktoru, 30 cildli "Türk Dünyası Ensiklopediyası"nın Azərbaycan üzrə əlaqələndiricisi olub.

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla Bəkir Nəbiyevlə bağlı xatirələrini danışıb.

Mərhum ikinci Fəxri xiyabanda dəfn olunub.

Xəbər lenti

Xəbər lenti