...

Sabah Bakıda havanın temperaturu 17 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 19 Mart 2012 12:05 (UTC +04:00)
Sabah Bakı və Abşeron yarımadasında havanın temperaturunun 17 dərəcəyədək yüksələcəyi gözlənilir.
Sabah Bakıda havanın temperaturu 17 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir İ.İsabalayeva/

Sabah Bakı və Abşeron yarımadasında havanın temperaturunun 17 dərəcəyədək yüksələcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, martın 20-dən 22-dək Abşeron yarımadasında mülayim yaz havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Martın 20-də Bakı və Abşeron yarımadasında hava yağmursuz olacaq. Səhər və axşam yarımadanın bəzi yerlərində duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Martın 20-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz saatlarında əsasən dağlıq rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti