...

Ağsu aşırımındakı bütün obyektlərin fəaliyyəti dayandırılacaq

Cəmiyyət Materials 26 Mart 2012 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İsabalayeva/

Ağsu aşırımının təhlükəliliyini nəzərə alaraq, həmin ərazidəki bütün texnogen obyektlərin fəaliyyəti dayandırılacaq. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, bu qərara ərazidəki vəziyyəti müzakirə etmək üçün aidiyyəti qurumların iştirakı ilə keçirilən tədbirdə gəlinib.

"Ərazidəki bütün texnogen obyektlərin, yəni insan əli dəyən bütün obyektlərin fəaliyyəti dayandırılacaq. Ağsu aşırımında antropogen fəaliyyətin tam dayandırılması, Ağsu aşırımı boyunca irimiqyaslı dəqiq mühəndis, hidrogeoloji planlama işlərinin aparılması nəzərdə tutulur", - baş mühəndis əlavə edib.

O bildirib ki, Ağsu aşırımında yalnız minik avtomobillərinin hərəkətinə icazə verilir. Yol müvəqqəti olaraq sərnişin nəqliyyatı və yük maşınları üçün bağlanıb.

Xəbər lenti

Xəbər lenti