...

Bakıda psixoloji problemləri olan uşaqlar üçün xüsusi mərkəzlər yaradılacaq

Cəmiyyət Materials 27 Mart 2012 13:15 (UTC +04:00)
Uşaqlarda yarana bilən psixoloji problemləri vaxtında aradan qaldırmaq məqsədilə Bakının rayonları üzrə "Psixoloji xidmət mərkəzləri" yaradılacaq.
Bakıda psixoloji problemləri olan uşaqlar üçün xüsusi mərkəzlər yaradılacaq

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir İ.İsabalayeva/

Uşaqlarda yarana bilən psixoloji problemləri vaxtında aradan qaldırmaq məqsədilə Bakının rayonları üzrə "Psixoloji xidmət mərkəzləri" yaradılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müasir dövrdə cəmiyyət həyatının bütün sahələrində gedən qloballaşma prosesi, informasiya bolluğu gənc nəslin dünyagörüşünün formalaşmasına, onların şəxsiyyətinin inkişafına öz güclü təsirini göstərir. Bütün bunlar pedaqoji-psixoloji inkişafdan yan keçmir. Mənfi təsirlərə məruz qalan uşaqlarda öz müəllimlərinə, həmyaşıdlarına, hətta valideynlərinə qarşı münasibətdə müəyyən psixoloji çətinliklər yaranır, qarşılaşdıqları problemləri müstəqil həll edə bilmədikdə onlarda ruh düşkünlüyü meydana çıxır.

Paytaxtın təhsil müəssisələrində yarana biləcək belə problem və çətinliklərin qarşısının alınması, onların vaxtında aşkar edilməsi və aradan qaldırılması üçün sağlam pedaqoji-psixoloji prosesin düzgün qurulması və psixoloji xidmət işinin daha da yaxşılaşdırılması məqsədilə yaxın gələcəkdə bir sıra işlərin görülməsi planlaşdırılır.

Şəhər üzrə praktik psixoloqlar haqqında diaqnostik məlumatın dəqiqləşdirilməsi, psixoloji xidmət üzrə ştatdankənar metodistlərin müəyyən olunması, rayonlar üzrə praktik psixoloqlar üçün "Psixoloji xidmət işinin səmərəli təşkili yolları" mövzusunda nəzəri-praktik treninqlərin keçirilməsi, qabaqcıl təcrübəyə malik praktik psixoloqların müəyyən edilməsi görüləcək işlər sırasındadır.

Yaxın gələcəkdə bu istiqamətdə Bakının rayonları üzrə "Psixoloji xidmət mərkəzləri"nin yaradılması, "Məktəbdə psixoloji xidmət işinin təşkilinə verilən müasir tələblər, reallıq və qarşıda duran vəzifələr" mövzusunda elmi-praktik konfransın təşkili, "Psixoloji xidmət mərkəzləri"nin İKT və inventarlarla təmin edilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti