...

Ağsu aşırımı bu gün günortadan sonra minik avtomobilləri üçün açılacaq

Cəmiyyət Materials 30 Mart 2012 10:55 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu aşırımı ərazisi bu gün günün ikinci yarısında minik avtomobilləri üçün açılacaq.
Ağsu aşırımı bu gün günortadan sonra minik avtomobilləri üçün açılacaq

Azərbaycan, Bakı, 30 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu aşırımı ərazisi bu gün günün ikinci yarısında minik avtomobilləri üçün açılacaq.

Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İqbal Mikayılov Trend-ə bildirib ki, yolun açılması üçün hazırlıq işləri görülür və günün ikinci yarısında yol minik avtomobilləri üçün açılacaq.

Qeyd edək ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.

Bununla əlaqədar olaraq İsmayıllı-Ağsu aşırımı yolunda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, yol tamamilə bağlanıb.

Yolun bağlanması ilə əlaqədar olaraq Ağsunun 11 kəndi ilə əlaqəsi kəsilib və həmin kəndlərə gediş-gəliş İsmayıllı rayonu ərazisindən keçməklə mümkündür. Bu isə yolu 100 kilometr uzadıb.

Məlumata görə, baş nazirin müavini Abid Şərifov bu gün Ağsu və şamaxıdakı sürüşmə sahələrinə baxış keçirəcək.

Xəbər lenti

Xəbər lenti