...

Türkiyədə nazirə çəkmə atılıb

Cəmiyyət Materials 30 Mart 2012 15:25 (UTC +04:00)
Türkiyənin ətraf mühit və şəhər inkişafı işləri üzrə naziri Ərdoğan Bayraqdara çəkmə atıblar.
Türkiyədə nazirə çəkmə atılıb

Azərbaycan,Bakı, 30 mart /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin ətraf mühit və şəhər inkişafı işləri üzrə naziri Ərdoğan Bayraqdara çəkmə atıblar. Bu barədə Trend "Haber7" telekanalına istinadən məlumat verir.

Nazir tələbələr qarşısında çıxış etmək üçün gəldiyi Okan Universitetində bir qrup tələbə tərəfindən təşkil edilən etiraz aksiyası ilə qarşılanıb.

Polis tələbə fəalları saxlayarkən nazir onların buraxılmasını xahiş edib. Lakin, görünür, onlar nazirin xoşməramlı hərəkətini qiymətləndirməyərək etiraz əlaməti olaraq Bayraqdara çəkmə atıblar.

Məlumata görə, çəkmə nazirə dəyməyib.

Xəbər lenti

Xəbər lenti