...

Bakıda həftənin ilk günləri güclü küləklə keçəcək

Cəmiyyət Materials 1 Aprel 2012 13:06 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında həftəni ilk günləri güclü küləklərlə keçəcək.
Bakıda həftənin ilk günləri güclü küləklə keçəcək

Azərbaycan, Bakı, 1 aprel / Trend müxbir M.Əliyev/

Bakıda və Abşeron yarımadasında həftənin ilk günləri güclü küləklərlə keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar günü Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-də güclü cənub-qərb küləyi, 3-də isə güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, 2-dən 3-nə keçən gecə yağış yağacağı gözənilir.

Sabah paytaxtda və yarımadada havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, lakin axşam buludluluğun artacağı, gecəyə doğru az yağış yağacağı ehtimalı var. Güclü cənub-qərb əsəcək, havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 2-si gündüz havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Arabir güclənən cənub-qərb küləyi bəzi yerlərdə güclü olacaq, havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti