Azərbaycan, Bakı, 9 aprel / Trend müxbir İ.İsabalayeva/
Aprelin 10-da Azərbaycan ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, aprelin 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.
Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Aprelin 10-dan 12-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və gündüz saatlarında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında aprelin 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi qıraq qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.
Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti təşkil edəcək.