...

Azərbaycan əlil arabasında rəqs üzrə beynəlxalq yarışlarda iştirak edəcək (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2012 14:55 (UTC +04:00)
Mayın 5-6-da Belarusun Minsk şəhərində, sentyabrın 3-4-də isə Rusiyanın Sankt-Peterburq şəhərində əlil arabasında rəqs üzrə açıq beynəlxalq yarışlar keçiriləcək.
Azərbaycan əlil arabasında rəqs üzrə beynəlxalq yarışlarda iştirak edəcək (FOTO)

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir İ.İsabalayeva/

Mayın 5-6-da Belarusun Minsk şəhərində, sentyabrın 3-4-də isə Rusiyanın Sankt-Peterburq şəhərində əlil arabasında rəqs üzrə açıq beynəlxalq yarışlar keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yarışlarda Azərbaycanı əlilliyi olan Kamal Məmmədov və Vüsalə Kərimova təmsil edəcəklər.

Nazirlikdən bildirilib ki, Belarus Əlil İdmançılara Dəstək Fondu İctimai Birliyi əlil arabasında rəqsin MDB-yə üzv ölkələrdə daha bir reabilitasiya modeli kimi müəyyən edilməsi və tətbqi imkanlarına baxılması ilə bağlı MDB İcraiyyə Komitəsinə müraciət edib. MDB-yə üzv ölkələrin idman, gənclər və səhiyyə nazirliklərinin koordinasiya şurasının toplantısında bu təşəbbüs yekdilliklə dəstəklənib.

Birliyə üzv ölkələrin əmək, miqrasiya və sosial müdafiə nazirlərinin bu ilin aprel ayında keçiriləcək toplantısında bu reabilitasiya modelinin üzv ölkələrdə tətbiqi imkanlarına baxılması gündəliyə daxil edilmiş məsələlər sırasında yer alıb.

Hazırda ƏƏSMN tərəfindən ölkəmizdə əlil arabasında rəqsin geniş tətbiqi istiqamətində müvafiq işlər görülür. Hazırda əlil arabasında idman rəqsi artıq xeyli ölkələrdə populyarlıq qazanıb və bu sahədə kifayət qədər müsbət nəticələr var. Hətta əlil arabasında idman rəqsi üzrə Avropa və dünya çempionatları keçirilir və onlarla ölkə belə tədbirlərdə təmsil olunur. Yaxın gələcəkdə Azərbaycan da belə tədbirlərdə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti