...

Orta məktəblərdə "Narkotiklərə YOX deyək!" kampaniyasına başlanılıb

Cəmiyyət Materials 11 Aprel 2012 16:27 (UTC +04:00)
Azərbaycan Səhiyyə və Təhsil nazirliklərinin birgə dəstəyi ilə orta məktəblərdə "Narkotiklərə YOX deyək!" kampaniyasına başlanılıb.
Orta məktəblərdə "Narkotiklərə YOX deyək!" kampaniyasına başlanılıb

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə və Təhsil nazirliklərinin birgə dəstəyi ilə orta məktəblərdə "Narkotiklərə YOX deyək!" kampaniyasına başlanılıb.

Trend-in məlumatına görə, bununla bağlı çərşənbə günü keçirilən tədbirdə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, hazırda Azərbaycanda 2007-2012-ci illəri əhatə edən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə qarşı Dövlət Proqramı icra olunur. Bu il proqram yekunlaşdığı üçün yeni dövlət proqramının qəbulunun gözlənildiyini deyən nazir müavininin sözlərinə görə, narkomaniya xərçəng xəstəliyindən də ciddi problemdir.

"Çünki narkomaniyanı insanlar özləri yaradırlar. Bəzən gəncləri, yeniyetmələri bu işə vadar edənlər də olur. Buna görə də gənclər bu işdə ayıq olmalı, belə əməllərdən uzaq durmalıdırlar", - Ağayev deyib.

Təhsil nazirinin müavini Qulu Novruzov isə bildirib ki, "Narkotiklərə YOX deyək!" kampaniyasının məqsədi şagirdlərə narkotik maddələrin ziyanlı tərəfləri, onun fəsadları barədə məlumat vermək, maarifləndirmə işləri aparmaqdır. Kampaniyanın ilin sonuna kimi respublikanın bütün orta məktəblərində keçirilməsi nəzərdə tutulur.

Novruzov narkomaniya ilə mübarizədə uşaq və yeniyetmələrin məktəbdənkənar fəaliyyətə cəlb edilməsini də əhəmiyyətli sayıb. O bildirib ki, uşaq və yeniyetmələrin məktəbdənkənar fəaliyyətlə məşğul olması onların asudə vaxtlarını daha səmərəli keçirməsinə imkan verər.

Xəbər lenti

Xəbər lenti