...

Azərbaycanda sərxoş sürücülər ömürlük sürücülük hüququndan məhrum ediləcəkmi?

Cəmiyyət Materials 17 Aprel 2012 11:48 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə olunması çox ciddi inzibati xətadır və mövcud qanunvericiliyə görə bu xətaya yol vermiş sürücülər 80-100 manat, sərxoş vəziyyətdə balla qiymətləndirilən qayda pozuntusu törətdikdə 120-150 manat, il ərzində təkrar törətdikləri halda isə onların sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılır
Azərbaycanda sərxoş sürücülər ömürlük sürücülük hüququndan məhrum ediləcəkmi?

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Sorğumuza əsasən Yol polisi Azərbaycanda sərxoş vəziyyətdə avtomobili idarə edən sürücülərin sürücülük hüququndan ömürlük məhrum edilməsinə münasibət bildirib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə olunması çox ciddi inzibati xətadır və mövcud qanunvericiliyə görə bu xətaya yol vermiş sürücülər 80-100 manat, sərxoş vəziyyətdə balla qiymətləndirilən qayda pozuntusu törətdikdə 120-150 manat, il ərzində təkrar törətdikləri halda isə onların sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılır.

Avtomobillərin sərxoş vəziyyətdə idarə olunmasının bilərəkdən törədilən inzibati xəta olduğunu deyən polis polkovnik-leytenantı Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə edilən son əlavə və dəyişikliklərdə sərxoş sürücülərə qarşı cəzaların sərtləşdirildiyini xatırladaraq, bu inzibati xətaya görə cərimə məbləğlərinin artırıldığını bildirib.

İdarə sözçüsü qeyd edib ki, respublikada il ərzində təxminən 20-21 min sərxoş sürücü inzibati məsuliyyətə cəlb edilir və bu rəqəmlər yalnız əməkdaşlarımız tərəfindən aşkar edilənlərdir. Amma aşkar edilməyənlərin də sayı az deyil. Bizdə alkoqollu içki qəbul etmiş sürücüləri DYP əməkdaşları vaxtında sükan arxasından kənarlaşdırdıqlarına görə sərxoş sürücülər tərəfindən törədilən qəzaların sayı ümumi yol-nəqliyyat hadisələrinin təqribən 3 faizini təşkil edir.

Qeyd edək ki, Rusiya Dövlət Dumasına avtomobili təkrarən sərxoş vəziyyətdə idarə edən sürücülərin ömürlük olaraq sürücülük hüququndan məhrum edilməsi və nəqliyyat vasitəsinin müsadirə olunmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub.
Ölkəmizdə belə bir qanunun qəbul oluna biləcəyinə münasibət bildirən Əliyev DYP-nin qanunverici deyil, qanunları icra edən orqan olduğnu bildirərək, öz subyektiv fikrinə görə il ərzində sükan arxasına təkrar sərxoş vəziyyətdə əyləşərək cinayət hadisəsinin törədilməsi hallarını istisna etməklə təkrar sərxoşluğa gərə Azərbaycanda məsuliyyətin belə sərt şəkildə tətbiqinin mövcud zaman üçün uyğun hesab ediltmədiyini, lakin sürücülərin sərxoş vəziyyətdə nəqliyyat vasitələrini idarə etmələrinin digər hərəkət iştirakçıları üçün böyük təhlükə olduğu nəzərə alaraq, belə sürücülərə qarşı inzibati məsuliyyətin gücləndirilməsi ilə yanaşı geniş ictimai qınağın da yaranmasına ehtiyac duyulduğunu deyib.

Qeyd edək ki, Rusiyada sərxoşluğa görə üst-üstə 40, 50 və hətta 60 il sürücülükdən məhrum edilənlər var. Bu sahədə rekorda imza atmış Kemerovo vilayəti sakini (86 il) isə bu yaxınlarda başqasının avtomobili ilə qəza törədərək ölüb. Ekspertiza onun sərxoş olduğunu müəyyən edib.



Xəbər lenti

Xəbər lenti