...

Ümummilli lider Heydər Əliyevin doğum günü müasibətilə şagirdlər arasında keçirilən müsabiqə yekunlaşır

Cəmiyyət Materials 17 Aprel 2012 13:39 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ümumi təhsil məktəbləri və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri üçün keçirilən inşa yazı müsabiqəsinin yekun mərhələsi baş tutub.
Ümummilli lider Heydər Əliyevin doğum günü müasibətilə şagirdlər arasında keçirilən müsabiqə yekunlaşır

Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir İ.İsabalayeva/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ümumi təhsil məktəbləri və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri üçün keçirilən inşa yazı müsabiqəsinin yekun mərhələsi baş tutub.

Trend-in məlumatına görə, bununla bağlı çərşənbə axşamı keçirilən tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, müsabiqədə ümumi təhsil məktəblərinin VII-XI sinif və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri iştirak edib.

İnşa yazı müsabiqəsi Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin təşkilatçılığı ilə keçirilir.

Müsabiqə 3 mərhələdə - məktəb; rayon, şəhər və respublika mərhələlərində həyata keçirilib. Müsabiqənin iki mərhələsi aprelin əvvəllərində yekunlaşıb. Müsabiqənin son, yəni respublika mərhələsində 114 şagird iştirak edir. Nazir deyib ki, müsabiqə qalibləri mayın 7-də mükafatlandırılacaqlar.

Xəbər lenti

Xəbər lenti