...

"Eurovision 2012" qonaqlarını İçərişəhərdə sürprizlər gözləyir

Cəmiyyət Materials 18 Aprel 2012 10:32 (UTC +04:00)
"Eurovision 2012" qonaqlarını İçərişəhərdə sürprizlər gözləyir.
"Eurovision 2012" qonaqlarını İçərişəhərdə sürprizlər gözləyir

Azərbaycan, Bakı, 18 aprel /Trend müxbir M.Əliyev/

"Eurovision 2012" qonaqlarını İçərişəhərdə sürprizlər gözləyir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən çərşənbə günü bildirilib ki, mahnı müsabiqəsinə gələcək xarici turistlərin və paytaxtın qonaqlarının İçərişəhər və Qala qoruqlarına gəlişini stimullaşdırmaq, onları yüksək səviyyədə qarşılamaq üçün aktiv hazırlıqlar görülür.

Hazırda İçərişəhərdə və Qala qoruqlarında mövcud olan turist infrastrukturu mükəmməlləşdirilir, qonaqlara xidmət göstərilməsi üçün ictimai iaşə obyektlərinin sayının artırılması, mövcud olan məkanların genişləndirilməsi və xidmət səviyyəsinin artırılması üzərində iş aparılır.

"Eurovision" müsabiqəsi ərəfəsində insanların vaxtlarını xoş və səmərəli keçirmələri üçün İçərişəhər və Qala qoruqlarında mədəni-kütləvi tədbirlər təşkil ediləcək, bölgələrdən cəlb olunacaq sənətkarlar öz əl işlərini nümayiş etdirəcək və müxtəlif sənətkarlıq məhsullarının hazırlanma prosesi ilə qonaqları tanış edəcəklər. Azərbaycanın mədəniyyət və tarixini tanıdılması üçün xarici dillərdə olan çap məhsulları - broşurlar, açıqcalar, kitabçalar qonaqlara təqdim olunacaq. Eyni zamanda hər iki qoruğun ərazisindəki muzeylər may ayı ərzində saat 09:00-dan 21:00-a qədər fəaliyyət göstərəcəklər.

Qonaqların hər iki tarixi məkanla tanış olmaları üçün İçərişəhərdən Qala qoruğuna və geriyə istiqamətdə müntəzəm olaraq turist avtobusları xidmət göstərəcək.

Xəbər lenti

Xəbər lenti