...

Azərbaycanda son illər piratçılığın səviyyəsi 8 faiz azalıb

Cəmiyyət Materials 19 Aprel 2012 15:45 (UTC +04:00)
Azərbaycanda son 8 ildə piratçılığın səviyyəsi 96 faizdən 88-ə düşüb.
Azərbaycanda son illər piratçılığın səviyyəsi 8 faiz azalıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda son 8 ildə piratçılığın səviyyəsi 96 faizdən 88-ə düşüb. Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Elm və təhsil komitələrinin cümə axşamı keçirilən birgə iclasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.

Onun sözlərinə görə, kitab sahəsində bu rəqəm 61-dən 39 faizə, CD və DVD ilə bağlı göstəricilər 90-dan 68 faizə enib. İmanov deyib ki, inkişaf etmiş ölkələrdə bu rəqəmlər 20-50 faiz təşkil edir.

"Azərbaycanın müəlliflik sistemi dünyada tanınır, ancaq görüləcək işlər də var", - İmanov bildirib.

Qeyd edək ki, komitədə "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi müzakirə edilir.

Xəbər lenti

Xəbər lenti