...

Bakıda yaxın iki gündə hava meteohəssas insanlar üçün əlverişli olacaq

Cəmiyyət Materials 23 Aprel 2012 12:31 (UTC +04:00)
Aprelin 24-26-da Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olacaq.
Bakıda yaxın iki gündə hava meteohəssas insanlar üçün əlverişli olacaq

Azərbaycan, Bakı, 23 aprel / Trend müxbir K.Zərbalıyeva/

Aprelin 24-26-da Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, asasən yağmursuz olacaq.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti