...

Elmira Süleymanova: Azərbaycanda əlilliyin müəyyən edilməsi məqsədilə yaradılan tibb komissiyalarının işi təkmilləşdirilməlidir

Cəmiyyət Materials 2 May 2012 10:37 (UTC +04:00)
Ombudsman Elmira Süleymanova Azərbaycanda əlilliyin müəyyən edilməsi məqsədilə yaradılan tibb komissiyalarının işinin təkmilləşdirilməsini vacib sayıb.
Elmira Süleymanova: Azərbaycanda əlilliyin müəyyən edilməsi məqsədilə yaradılan tibb komissiyalarının işi təkmilləşdirilməlidir

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsman Elmira Süleymanova Azərbaycanda əlilliyin müəyyən edilməsi məqsədilə yaradılan tibb komissiyalarının işinin təkmilləşdirilməsini vacib sayıb.

"Müəssisələrdə əlillərin işlə təmin olunmasında kvota nəzərə alınmır, təhsil, peşə fəaliyyəti ilə bağlı problemlər var. Həmçinin əlillərin mənzillə təminatında da problemlər var", - Trend-in məlumatına görə, bunu çərşənbə günü 5 may - Avropa əlilliyi olan insanların hüquqlarının müdafiəsi gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışında Süleymanova deyib.

Ombudsman əlillər üçün idman, reabilitasiya mərkəzlərinin yaradılması, pulsuz hüquqi yardımın göstərilməsi, hüquqi maarifləndirmənin təşkili ilə bağlı Milli Məclisə təkliflər verdiyini qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində səmərəli tədbirlər həyata keçirilir. Ombudsman bildirib ki, əlillərin hüquqlarının müdafiəsi ilə bağlı əldə olunan müsbət göstəricilər bu sahədə sistemli fəaliyyətin nəticəsidir. 1998-ci ildə qəbul edilmiş insan hüquqları üzrə ilk dövlət proqramı, 2006-cı ildə qəbul edilmiş Milli Fəaliyyət Proqramı və 2011-ci ildə qəbul edilmiş İnsan hüquq və azadlıqlarının səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Proqramında əlillərin müdafiəsi ilə bağlı mühüm müddəalar var.

Xəbər lenti

Xəbər lenti