...

Bu ilin birinci rübündə yük və sərnişin daşımaları üzrə 28 lisenziya verilib

Cəmiyyət Materials 7 May 2012 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.İsmayılov/

Bu ilin birinci rübündə yük və sərnişin daşımaları üzrə 72 201 ədəd fərqlənmə nişanı və 28 lisenziya verilib. Fərqlənmə nişanlarına görə dövlət büdcəsinə 1,7 milyon manat, lisenziyalar görə isə 4,5 min manat vəsaitin ödənilməsi təmin olunub.

Trend-in məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Məmmədov, həmçinin bildirib ki, avtomobil yollarında, təhkim zolağında və nəzarət edilən zonalarda yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına görə bu ilin 3 ayı ərzində 1100 inzibati xəta aşkarlanıb və 548 protokol tərtib edilərək büdcəyə 57 095 manat vəsait ödənilib.

Bu rəqəm 2011-ci ilin müvafiq dövründə 504 ədəd təşkil edib və büdcəyə müvafiq olaraq 41 784 manat ödənilib. Eyni zamanda, 208 inzibati xəta haqqında protokollar ünvana göndərilib, 120 halda məhkəməyə müraciət edilib, onlardan 16-sı təmin olunub və büdcəyə 800 manat vəsait köçürülüb.

Xəbər lenti

Xəbər lenti