...

Azərbaycanın Baş prokurorluğunun nümayəndə heyəti MDB-də insan haqlarının müdafiəsini müzakirə edib

Cəmiyyət Materials 15 May 2012 13:10 (UTC +04:00)
MDB-yə üzv olan dövlətlərlə insan hüquq və azadlıqlarının müdafiəsi işində əməkdaşlıq məsələləri Birlik dövlətlərinin baş prokurorlarının bu gün Sankt-Peterburqda keçirilən Əlaqələndirmə Şurasının iclasında müzakirə olunub.
Azərbaycanın Baş prokurorluğunun nümayəndə heyəti MDB-də insan haqlarının müdafiəsini müzakirə edib

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov/

MDB-yə üzv olan dövlətlərlə insan hüquq və azadlıqlarının müdafiəsi işində əməkdaşlıq məsələləri Birlik dövlətlərinin baş prokurorlarının bu gün Sankt-Peterburqda keçirilən Əlaqələndirmə Şurasının iclasında müzakirə olunub.

Azərbaycanın Baş prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Trend-ə verdiyi məlumata görə, görüşdə respublikanı baş prokurorun müavini Namiq Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

İclas iştirakçıları mütəşəkkil və transmilli cinayətkarlıqla mübarizə, qanunçuluğun və asayişin möhkəmləndirilməsi, milli qanunvericiliklərin yaxınlaşdırılması və MDB-nin müqavilə-hüquq bazasının inkişafı məsələlərini də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti