Azərbaycan, Bakı, 15 may /Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edəcək.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir, general-polkovnik Ramil Usubov tərəfindən iyunun 2-də Gəncə şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Gəncə Şəhər Baş Polis İdarəsində keçiriləcək qəbulda Göygöl, Samux, Qazax, Şəmkir, Kəlbəcər, Gədəbəy, Ağstafa, Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbul saat 11:00-da başlayacaq.